r/azerbaijan • • Aug 02 '26

Megathread 🪖 Megathread: Hərbi Xidmət və Çağırış

90 Upvotes

Əziz r/azerbaijan üzvləri!

Subreddit-də hərbi xidmət, çağırış yaşları, təhsil möhlətləri, sağlamlıq statusları, xaricdə olan vətəndaşların hüquqi vəziyyəti və s. ilə bağlı tez-tez eyni suallar verilir. Mövzuların dağınıq olmaması və hər kəsin cavablar tapması üçün bu Megathread-i paylaşmaq qərarına gəldik.

1. 📚 Təhsilə görə möhlət hüququ, yaş limitləri, çağırış tarixləri və tibbi müayinə

Çağırış tarixləri: Müddətli həqiqi hərbi xidmətə çağırış il ərzində 4 dəfə keçirilir — yanvar, aprel, iyul və oktyabr aylarında.

Çağırış yaş həddi: Qanunvericilikdə edilən son dəyişikliklərə əsasən həqiqi hərbi xidmətə çağırışın son yaş həddi 30 yaş müəyyən edilmişdir (18-30 yaş arası).

Təhsilə görə möhlət yaş limitləri:

  • Tam orta təhsil (Məktəb): Təhsilini bitirməyənlərə 20 yaşına qədər.
  • Bakalavriat (əyani): 24 yaşı tamam olanadək (ölkədə və ya xaricdə).
  • Magistratura (əyani): 26 yaşı tamam olanadək.
  • Rezidentura və Doktorantura: Təhsil müddəti bitənədək. (Doktorantura qəbul imtahanının 1-ci mərhələsini keçənlərə əlavə 3 ay möhlət verilir).

Qeyd: Möhlət hüququ hər təhsil pilləsi üzrə yalnız bir dəfə verilir. Qiyabi təhsil alanlara möhlət verilmir. Postun aşağısındakı Qeyd 1-ə baxın.

Çağırışdan öncəki tibbi yoxlanış:

  • Çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra SHXÇDX olaraq qısaldılacaq) tərəfindən rəsmi çağırış vərəqəsi və ya elektron kabinet vasitəsilə məlumatlandırılır.
  • İlk növbədə yerli rayon/şəhər tibb komissiyasında (terapevt, cərrah, nevropatoloq, psixiatr, göz həkimi, LOR və s.) müayinə olunursunuz.
  • Şübhəli və ya əlavə yoxlanış tələb edən xəstəlik aşkarlanarsa, çağırışçı mərkəzləşdirilmiş dövlət xəstəxanalarına yönləndirilir.

2. ⚖️ Əsgərlikdən yayınma, hüquqi prosedurlar və 30 yaşdan sonra ölkəyə qayıdış

Çağırışa vaxtında getmədikdə nə olur?

  • Üzrlü səbəb (xəstəlik, təbii fəlakət və s.) olmadan çağırış vərəqəsi üzrə gəlməmək inzibati və ya cinayət məsuliyyəti yaradır.
  • Sistemli şəkildə boyun qaçıranlar haqqında materiallar Prokurorluq orqanlarına göndərilir.
  • Cinayət Məcəlləsinin 321-ci maddəsi (Hərbi xidmətdən boyun qaçırma): Qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınma 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Postun aşağısındakı Qeyd 2-ə baxın.

30 yaşa qədər xaricdə qalıb 30 yaşdan sonra gələnləri nə gözləyir?

  • 30 yaşınız tamam olsa da, xidmətdən yayınmısınızsa, cinayət məsuliyyətindən azad olmursunuz.
  • Sərhəddən keçərkən və ya ölkəyə daxil olduqda haqqınızda axtarış/məhdudiyyət qərarı olduğu üçün saxlanıla bilərsiniz.
  • Məhkəmə qarşısına çıxarılırsınız. Məhkəmə cərimə, şərti cəza və ya azadlıqdan məhrum etmə qərarı verə bilər. Cəza çəkildikdən və ya məhkəmə prosesi bitdikdən sonra 30 yaşı keçdiyiniz üçün xidmətə aparılmırsınız, lakin haqqınızda cinayət işi / məhkumluq qeydi olur. Qeyd: Praktikada məhkəmənin bu şəkildə keçirilib keçirilməməsi müəmmalıdır. Şəxsi təcrübələri olanların bölüşməsini xahiş edirik.

3. 🚨 Ölkəyə gəlib-getmək limitləri və sərhəd məhdudiyyətləri

  • Təhsil və ya digər qanuni əsasla rəsmi möhlət hüququnuz (və ya pasportunuzda möhlət möhrü/sistemdə qeyd) varsa, ölkəyə gəlib-getmək üçün heç bir say və ya gün limiti yoxdur.
  • Möhlət hüququnuz yoxdursa və ya müddəti bitibsə, SHXÇDX tərəfindən ölkədən çıxışınıza "stop" (sərhəd məhdudiyyəti) qoyulur. Bu halda ölkəyə daxil ola bilsəniz də, hərbi məsələni həll etmədən ölkədən çıxa bilməyəcəksiniz.

4. ✈️ Xaricdə qalaraq üçüncü ölkələrə (Türkiyə, BƏƏ və s.) səyahət etmək

Əgər Azərbaycan vətəndaşı kimi xaricdəsinizsə və hərbi xidmətdən yayınmağa görə haqqınızda axtarış verilibsə:

  • Üçüncü ölkələrə (məsələn Türkiyə, BƏƏ və s.) səyahət: Digər ölkələrin sərhəd xidməti sizin Azərbaycandakı hərbi statusunuzu yoxlamır. Keçərli pasportunuz və vizanız olduğu təqdirdə bu ölkələrə giriş-çıxış edə bilərsiniz. İnterpola da verilmir, bu durum sadəcə ölkə daxilində keçərlidir.
  • ƏSAS RİSK — Pasport müddəti: Pasportunuzun müddəti bitdikdə xaricdəki Azərbaycan Səfirlik/Konsulluqlarına müraciət etməlisiniz. Hərbi mükəlləfiyyət sənədiniz (möhlət və ya hərbi bilet) olmadıqda səfirlik yeni pasport verməyəcək və ölkəyə qayıtmağınız üçün yalnız "Qayıdış şəhadətnaməsi" təqdim edəcək.

5. 🎖️ Milli Müdafiə Universiteti və DİM imtahanında 600+ bal toplayanlar

  • Milli Müdafiə Universitetinə (MMU) qəbul: MMU-nun tərkibindəki hərbi liseylərə, Heydər Əliyev adına Hərbi İnstituta və s. qəbul xüsusi tibbi, fiziki və psixoloji seçimlərdən, həmçinin DİM imtahan nəticələrindən keçməklə həyata keçirilir.
  • DİM imtahanında 600+ bal toplayan mülki ali məktəb məzunları: Son qərarlara və tətbiq edilən mexanizmə əsasən, mülki universitetləri bitirmiş və DİM imtahanında 600-dən yüksək bal toplayaraq qəbul olunmuş şəxslər həqiqi hərbi xidmətə çağırıldıqda, onların bilik və bacarıqlarından səmərəli tətbiq üçün Milli Müdafiə Universitetinin nəzdindəki xüsusi İntellektual Bölmələrdə / IT və analitik mərkəzlərdə xidmət keçməsi təmin olunur.

Bunun üçün şərtləri yerinə yetirən məzunlar öz SHXÇDX komisarlığına müraciət etməli, müsahibə mərhələsini uğurla keçməlidirlər. Müsahibəni keçə bilməyən namizədlər öz hərbi xidmətlərini normal qaydada başa vuracaqlar.

6. 🏥 Sağlamlıq vəziyyətinə görə xidmətə yararsızlıq statusları

Hərbi-həkim ekspertizası tərəfindən çağırışçılara verilən əsas statuslar:

  • Müvəqqəti yararsız (Möhlət): Müalicəsi mümkün olan xəstəliklər (məsələn, çəki azlığı/artıqlığı, müvəqqəti cərrahi əməliyyat sonrakı bərpa dönəmi). Hər dəfə maksimum 1 il olmaqla, ümumilikdə 3 ilə qədər möhlət verilir.
  • Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı (Hərbi bilet / Ehtiyat): Dinc dövrdə əsgərliyə aparılmır, ehtiyata keçirilir (məsələn, orta/ağır dərəcəli skolioz, düztabanlıq, görmə qüsurunun yüksək dərəcəsi, müəyyən daxili xəstəliklər). 30 yaşa qədər hər 3 ildən bir təkrar müayinə təyin oluna bilər.
  • Həm dinc, həm də müharibə dövründə tam yararsız (Hərbi uçotdan çıxarılma): Ağır xroniki xəstəliklər, ağır əqli və psixoloji pozuntular, orqan çatışmazlıqları, ağır əlillik dərəcələri və s. Bu şəxslər hərbi uçotdan tamamilə çıxarılır.

Psixi və fiziki sağlamlıqla bağlı vacib qeyd: Psixiatrik diaqnozla (autizm spektr, ağır depressiv pozuntu, şizofreniya, şəxsiyyət pozuntuları və s.) yararsız statusu alan şəxslərin məlumatları müvafiq dövlət reyestrinə işlənilir. Bu status gələcəkdə surücülük vəsiqəsi almaq, dövlət qulluğunda çalışmaq və ya silaha sahiblik icazəsi almaq zamanı məhdudiyyətlər yarada bilər.

7. 💼 Qiyabi və ya əyani doktorantura təhsili alanların Azərbaycanda rəsmi işləməsi və möhlət məsələsi

Qiyabi və ya əyani, ölkə daxili və ya xaricində doktorantura təhsili alan çağırışçıların nəzərinə:

  • Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) üzərindən nəzarət: SHXÇDX tərəfindən elektron sistem (ƏMAS / əmək müqaviləsi bildirişləri) üzərindən çağırışçıların Azərbaycandakı rəsmi iş statusları yoxlanılır.
  • Möhlətin ləğvi riski: Qiyabi və ya əyani doktorantura təhsili alaraq eyni zamanda Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərdən işdən çıxmaq tələb oluna bilər. Əks halda təhsilin faktiki olaraq davam etdirilmədiyi əsas gətirilərək təhsilə görə verilməli olan möhlət hüququ imtina edilə bilər və həmin şəxslər hərbi xidmətə çağırıla bilərlər.
  • Xüsusi diqqət yetirilməli hallar: Son dövrlərdə xüsusilə Şimali Kipr və oxşar gediş-gəlişli təhsil proqramlarında olan, ölkədə fiziki davamiyyət və rəsmi iş yeri olan şəxslərə nəzarət daha da gücləndirilib.

📌 Xüsusi qeydlər

  • QEYD 1: Qanunla hər təhsil pilləsinə yalnız 1 möhlət nəzərdə tutulsa da, praktikada 2 dəfə möhlət almaq halları ilə qarşılaşılır. Bu, əsasən, 1-ci başladığınız təhsili bitirmədən 2-ci eyni pilləli təhsilə müraciət etdikdə təmin edilir. Bu kimi halların spesifik nüansları qeydiyyatda olduğunuz səfərbərlik komitəsi ilə əlaqəyə keçərək öyrənilməlidir.
  • QEYD 2: Qanunən davamlı olaraq əsgərlikdən yayınma halı baş tutduqda və iş prokurorluğa qədər getdikdə 2 ilədək həbs nəzərdə tutulsa da, praktikada həbs edilən şəxslər bilinən qədərilə olmur. Prokurorluğa gedib, 30 yaşa qədər təhsil və s. digər işlərlə məşğul olduğunu səbəb kimi gətirərək izahat yazan və məsələsi bağlanan insanlar mövcuddur. Təbii ki, sistemdə adınız yenə qalır.
  • QEYD 3: Bu megathreadın əsas hissəsində bütün suallarınıza cavab tapmağınız mümkün olmaya bilər. Bunun üçün sizdən xahiş edirik öz təcrübənizi və cavabı tapılmayan suallarınızı şərh hissəsində yazasınız.

r/azerbaijan • • Jun 15 '26

Megathread 🇦🇿 Mega-Thread: Azerbaijan Travel Tips, Places, Food & More (Ask + Share)

24 Upvotes

Welcome to the community-sourced travel mega-thread for Azerbaijan! Whether you're planning your first trip, returning, or just curious — this is your place to ask and share tips, places, warnings, food, and hidden gems.

We've gathered insights from locals, expats, and travelers — now it's your turn. Reply with your experiences or questions under any section below.

🏙 1. Top Places to Visit

📍 Baku

  • Old City (Icherisheher): historic, charming, authentic soul of the city.
  • Maiden Tower, Shirvanshah Palace, Carpet Museum, Heydar Aliyev Center – top cultural sights.
  • Nizami Street, Molokan Garden, Baku Boulevard – modern walkways & shopping.
  • Gobustan mud volcanoes, Ateshgah Fire Temple, Yanardag – unique day trips.

Local tip: true local life happens outside the tourist zones – check dayday cafes and Sədərək bazaar.

📍 Outside Baku (Regional Highlights)

  • Sheki: Khan Palace, Kish village, Caravansaray, ancient mosques, hiking.
  • Gabala: Tufandag Resort (ski + cable car), Seven Waterfalls, Nohur Lake, Gabaland amusement park.
  • Lahij: Tat village known for copperware and scenic alleyways.
  • Ganja: Bottle House, Naftalan oil spa, Göygöl Lake, German heritage.
  • Quba & Khinalig: cooler nature, remote village experience.
  • Lankaran: food tours, Stalin's prison, chicken stuffed with walnuts.
  • Zaqatala, Oğuz, Nij: religious/ethnic diversity, ancient churches.

Locals are usually happy to guide lost tourists — don't hesitate to ask for directions in parks or shops.

In villages expect warm welcomes — tea invitations and local storytelling are common.

🛂 Visa & Entry Info

  • eVisa available at the OFFICIAL portal: https://evisa.gov.az
  • Allows a stay of up to 30 days, valid for a 3-month window from issue.
  • Standard fee is around USD $30, processed in ~3 business days. Urgent option processed in ~3 hours.
  • ⚠️ Watch out for lookalike agent sites charging $60–70+. They add a markup on top of the real government fee. Only use evisa.gov.az.
  • Passport must be valid for at least 6 months from arrival.
  • If you stay more than 15 days, you must register your address with the State Migration Service (your hotel usually handles this — confirm with them).
  • No visa on arrival for most travelers; visa required even for short stays.

🧳 Sample Itinerary: 7 Days in Azerbaijan

  • 🏙 Day 1–2: Baku (Old City, museums, Flame Towers)
  • 🌋 Day 3: Gobustan mud volcanoes, Yanardag
  • 🏔 Day 4: Gabala (Tufandag, Nohur Lake)
  • 🕌 Day 5–6: Sheki + Kish village (Palace, temples, hiking)
  • 🚂 Day 7: Return to Baku via Yevlakh or Gabala

🍽 2. Food & Dining

🍛 Must-try dishes:

  • Plov (Shah plov) – saffron rice, lamb, fruits.
  • Piti – slow-cooked meat soup (best in Sheki).
  • Qutab – meat, greens or cheese in flatbread.
  • Dolma (Three Sisters) – stuffed tomato, pepper, eggplant.
  • Levengi – chicken/fish with walnut-pomegranate stuffing.
  • Surhurlu, Makhara – regional Zaqatala dishes.
  • Dovğa, Fisincan, Doner, Tandır bread, Bakhlava.

Vegetarian? Doable in Baku (Sumakh, dairy dishes, dolma variants), but options thin out fast in the regions. Learn to say "ətsiz" (no meat).

🚌 3. Transport Tips

In Baku:

  • 🚖 Use Bolt or Uber – cheap, reliable, safe. Yango is another solid and sometimes cheaper alternative.
  • 🚫 Avoid hailing traditional/unmetered taxis off the street – known for overcharging tourists.
  • 💳 Pay through the app where possible; reduces disputes and skimming.

Metro & Bus:

  • Metro fare is 0.60 AZN per ride. Same fare on buses.
  • You can pay by tapping a debit/credit card or using a QR ticket via the m10 app — no BakıKart needed if you go that route.
  • You can get a BakıKart for metro and buses. Plastic card has a 3 AZN non-refundable deposit; paper/limited-use cards (up to 4 trips) are also available.
  • Metro runs ~06:00–24:00, trains every few minutes. Clean, cheap, marble everywhere. No step-free access at most stations — rough for wheelchairs/pushchairs.
  • Avoid rush hours 08:00–09:30 and 18:00–19:00 if you have luggage.

From Airport:

  • Bolt/Uber to the center = roughly 15–25 AZN depending on demand. App drivers may occasionally ask for extra at the airport.
  • Cheapest official option: Airport Express bus H1 to 28 May (city center), pay with BakıKart. Runs 24/7. See https://www.airport.az/en/transport/

Intercity:

  • Bus via "Biletim" app or at the Avtovagzal terminal (next to Avtovagzal metro).
  • Marshrutkas (minibuses) available for shorter regional hops.
  • Train to Sheki/Gabala (Yevlakh)/Ganja via the "ADY" app or buy at 28 May station. Comfortable but slow — take it only if you're not in a rush.
  • Car rental is the best move for Gabala, Lahij, Quba, Khinalig.

🌄 4. Hidden Gems & Nature

  • Villages:
    • Kish – ancient Caucasian Albanian temple and a scenic village atmosphere.
    • Nij – Udi Christian community and unique churches.
    • Basqal – traditional silk weaving (kelaghayi) and handicrafts.
    • Khinalig – remote high-altitude mountain village, breathtaking views.
    • Lahij – historic village known for copper craftsmanship and cobbled streets.
  • Nature:
    • Shahdag & Tufandag – ski resorts with hiking and cable cars.
    • Gobustan – mud volcanoes and ancient petroglyphs (UNESCO).
    • Seven Waterfalls (Gabala) – picturesque falls and greenery.
    • Nohur Lake – serene alpine lake, good for picnics.
    • Cenlibel Lake – tranquil mountain lake, nature walks.
    • Gachrash Forest – dense forest near Quba.
    • Parigala – ancient cliffside castle with stunning views.
  • Tip: Renting a car or joining a local tour is the practical way to reach these remote spots.

📶 5. Mobile, Language & Apps

  • Get a local SIM at the airport arrivals hall or any operator store (passport required). Azercell has the widest coverage; Bakcell and Nar are solid alternatives.
  • Current 2026 tourist options (prices shift, confirm in-store):
  • eSIM (Caucasus multi-country plans covering AZ/GE/AM) is now widely available and convenient if your phone supports it.
  • 📱 If you stay over 30 days, an unregistered phone's IMEI gets blocked. Short trips are fine.
  • Use Google Translate or SayHi for real-time help.
  • English is common in Baku tourist areas; Azeri, Turkish, Russian elsewhere.

📱 Useful Apps

  • 🚖 Bolt, Uber, Yango – taxis
  • 🚅 ADY – train tickets
  • 🚌 Biletim – intercity bus tickets
  • 🚏 Ayna MAAS – live bus arrival/departure times in Baku
  • 💳 m10 – QR transport tickets + payments
  • 🌐 Google Translate or SayHi – language
  • 🗺 Maps.me or Google Maps – offline/online maps (Yandex Maps also good for buses)
  • 💬 Telegram – local events/news channels
  • 🎫 iTicket.az – concerts, plays, cultural events

💳 6. Money & Payments

  • Currency: Azerbaijani Manat (AZN). ~1 USD ≈ 1.70 AZN as of early 2026 — confirm before you go.
  • Taxis & Tips:
    • Paying by card in-app reduces driver complaints and skimming.
    • If paying cash, drivers may not return small coins — treat ~0.50–1 AZN as a small tip.
    • Tipping an extra 1–2 AZN on longer rides or for good service is appreciated.
  • Cards accepted at big venues, but cash is essential for street food, markets, and small transport.
  • Downtown exchange offices give better rates than the airport.
  • Some shops may "pretend" the card machine is broken to push cash — just go elsewhere.
  • Exchanging money:
    • USD and EUR are easiest to exchange. Bureaus on/around Nizami Street beat airport kiosks.
    • Keep small notes (1, 5 AZN) for transport and tips.

Some add-ons: – Locals often round down prices or throw in something extra "for good mood" — especially if you smile or try a few Azeri words. – In small bakeries or markets, if you overpay by mistake, they usually correct you immediately. – Sellers appreciate genuine interest — they might explain an item, share a story, or offer a small discount unprompted. – People rarely pressure you to buy; many help with directions even if you don't. – If something feels off (overcharging, aggressive seller), calmly mentioning "polis" usually resolves it fast. – Aggressive street scams targeting tourists are uncommon — most locals want to leave a good impression.

🎭 7. Culture & Etiquette (from Locals)

👋 Greetings & Respect

  • Handshakes are standard, but religious women may avoid them — let them initiate.
  • Common casual terms among younger people:
    • "qardaş" [Kar-dash] – brother / bro
    • "bacı" [Bad-jee] – sister
    • "dostum" [Dos-toom] – my friend
    • "qaqaş" [Kah-khash] – bro / guy (very local)
    • "abi" [Ah-bee] – borrowed from Turkish, also "bro" (common in Baku)
    • "əmoğlu / dayoğlu" [Eh-mo-ghloo / Dai-yo-ghloo] – lit. cousin, used jokingly with strangers

👗 Dress & Public Behavior

  • Baku is relaxed — T-shirts, shorts, light dresses are fine.
  • In villages or mosques, dress modestly: cover shoulders and knees, especially women.
  • Public affection isn't common — outside Baku it may draw stares.
  • Loud arguments in public read as impolite. People value a calm, respectful tone.

🏠 Hospitality Rules

  • If invited home: bring chocolates, fruit, or flowers.
  • Shoes off indoors is standard; expect slippers from the host.
  • You'll be offered tea (çay) — accept after a polite refusal or two. Declining flat-out can seem rude.

🗣 Language & Communication

  • A couple of Azeri words go a long way:
    • "Salam" [Sa-lahm] – Hello
    • "Çox sağ ol" [Chokh sah-ohl] – Thank you
    • "Bağışlayın" [Bah-ghish-layn] – Excuse me / Sorry
    • "Zəhmət olmasa" [Za-hmet ol-ma-sa] – Please
    • "Hə / Yox" [Heh / Yoh] – Yes / No
    • "Necəsiz?" [Neh-jeh-seez?] – How are you?
    • "Mən turistəm" [Men too-reest-em] – I'm a tourist

People often warm up fast if you try even a few words in Azeri.

  • Locals may switch between Azeri, Russian, and Turkish — especially in Baku.
  • Even without English, people help via gestures, apps, or by finding someone who can.
  • Avoid political topics (Karabakh, Armenia) — even jokes can get tense.
  • Religion is personal — don't probe unless it's brought up.

📸 Photos, Symbols & Rules

  • Ask permission before photographing people, especially in villages or mosques.
  • Don't photograph police, government buildings, or military sites — taken seriously.
  • Avoid disrespectful comments about the flag, president, or national heroes.

🔍 Other Local Norms

  • Tipping: round up or add 1–2 AZN in cafes and taxis.
  • Littering is taken seriously — use bins.
  • Haggling is normal in bazaars — do it respectfully and with a smile.

🔗 8. External Resources

🗣 9. Local Advice – Add Yours in the comments!

  • Always agree the taxi price before the ride if you're not using an app.
  • If someone invites you for tea — say yes. It's usually safe and kind.
  • Don't drink tap water outside Baku unless locals say it's fine.
  • Skip political arguments, even as jokes.
  • Haggle in bazaars, but politely.
  • Get out of Baku for at least 2–3 days — that's where you see the real Azerbaijan.
  • Don't expect trains to be fast.
  • Vegetarians survive, but say "no meat" clearly outside Baku.
  • Don't photograph government/police buildings.

👮 Police & Public Safety

  • Police are highly visible in Baku and tourist areas — for safety, not intimidation.
  • Generally helpful and respectful toward tourists — approach them for directions.
  • In scams or disputes, police often side with tourists and take complaints seriously.
  • Don't photograph police, metro murals, or official buildings — ask if unsure.
  • If stopped by traffic police, ask to pay any fine through the official system, not cash.

🗣 10. Help Us Improve!

This guide is built from local insights and traveler experience. If you're Azerbaijani or know the culture, please share more tips, advice, or corrections below. Point out anything outdated — all feedback helps.

🛠 This post is updated as comments come in. Keep sharing below — every comment makes the guide better for the next visitor.

Thanks to u/N1C4T for the original post


r/azerbaijan • • 3h ago

Xəbər | News Space TV-nin müxbiri Rəşad Vəkiloğlu çəkiliş qrupunun 225 saylı məktəbdə şagirdlərin hücumuna məruz qaldığını bildirib

Enable HLS to view with audio, or disable this notification

21 Upvotes

r/azerbaijan • • 49m ago

Şəkil | Picture Sıra dağlar

Post image
• Upvotes

r/azerbaijan • • 3h ago

Xəbər | News Azeri Light hit all time high 153 USD on market

7 Upvotes

I hope Aliyev will not buy another 500 MLN worth hotel for his girls, just will investment on country


r/azerbaijan • • 2h ago

Sual | Question Leaving Azerbaijan, Finally! What to bring with me

5 Upvotes

Finally leaving this country! Starting a new life in Boston 🇺🇸 by the end of this year.

I know that while life is better in there, the food and many other beautiful things about Azerbaijan are already in our blood such as çay in the armudu stəkan.

For those living abroad and who would in the future, what do you think I should bring with me? what do you miss about Azerbaijan that you cannot find in somewhere else? or what should I do as a task here that you think you had to do?

Thank you!


r/azerbaijan • • 8h ago

Sual | Question Xaricdən Azərbaycanda özəl dərs demək problemləri.

3 Upvotes

Salam mən gələcəkdəki planlarımı həyata keçirtmək üçün ailəmə yük olmadan pul qazanıb yığmaq istəyirəm. Türkiyənin ən yaxşı universitetlərindən birində riyaziyyat fakültəsində oxuyuram. Buna uyğun olaraq düşünürəm ki, riyaziyyat dərsləri keçə bilərəm. 1 ci kurs olmağıma baxmayaraq riyaziyyat biliklərim olduqca çoxdur. Hərhalda bu istək müxtəlif problemlərlə yanaşı gəlir. Azərbaycandaki bank kartı siyasətinə görə 5 dəfədən artıq transfer etmək olmur bu da mənim whatsaapa statusunda çağırış edib qohum əqrabayolu ilə özümü reklam etmə ehtimalımı çətinləşdirir. Digər düşündüyüm metod preply və bənzər platformalarda tutor olmaq idi amma 18 yaşım olmadığı üçün bu da uzun müddətdə dəvam etməyəcək kimi görünür. Ən absürd düşüncəm kripto ilə ödəniş olmaq strategiyasıdır. Düşünürəm ki çox məntiqli olardı, amma Azərbaycanda heç bir valideyn ya da bir şəxsin kripto ilə ödənişə razı olacağını zənn etmirəm. Əmin olmadığım məsələ bunu Azərbaycanda leqallaşdırıb(yəni şirkət kimi göstərib vergimi verdiyim halda) vöen hesabı aça bilib bilməməyimdir.

Bəs sizin tövsiyəniz nələrdir? Kömək etsəniz sevinərəm.

İndidən təşəkkür edirəm.


r/azerbaijan • • 3h ago

Söhbət | Discussion One piece kinderjoy codes

0 Upvotes

Share your characters n codes


r/azerbaijan • • 5h ago

Səyahət | Travel Visiting Baku as a Pakistani

0 Upvotes

Tell me what places i should visit and any advices/tips for a tourist.


r/azerbaijan • • 9h ago

Söhbət | Discussion Bakıda normal iş şəraiti olan ofisiant işi axtarıram, haranı məsləhət görürsünüz?

Thumbnail
2 Upvotes

​

Salam hamıya! Bakıda ofisiant və ya ofisiant köməkçisi kimi iş axtarıram. Maaşın 400-500 manat civarında olmasını və iş şəraitinin çox ağır olmamasını istəyirəm. Normadan artıq saatlarla işləmədən, daha rahat bir yerdə çalışmaq üçün hansı kafeləri, restoranları və ya kofe-şopları məsləhət görərdiniz? Həmçinin, müraciət etməli olduğum yerlərlə bağlı təcrübələrinizi bölüşsəniz çox şad olaram.


r/azerbaijan • • 5h ago

Sual | Question 1ci kursdan xarice getmek

1 Upvotes

Salam 1ci kursam istemediyim uni istemediyim sahedeyem.Bu il SAT hazirlassam xaricde nece oxuya bilerem yeni uni deyismek kimi bir sey?Minumum xercle oxumaq isteyirem xaricde,melumati olan varsa bolusse sevinerem


r/azerbaijan • • 5h ago

Səyahət | Travel Gabala or Shahdag

1 Upvotes

Hi everyone! We’re a couple planning a trip to Azerbaijan from 26th Dec to 2nd Jan. We’re planning to spend 2 nights in either Gabala or Shahdag from 28th to 30th Dec.

Which one would you recommend for that time of year? Thanks!


r/azerbaijan • • 6h ago

Sual | Question Azerbaycanda 1 il yaşamaq

0 Upvotes

Əvvəlcədən qeyd

Bu mətni özüm yazmışam. Sadəcə, mətnin strukturunu yaxşılaşdırmaq, mümkün qrammatik səhvləri aradan qaldırmaq üçün süni intellektdən istifadə etmişəm.

Özüm haqqında

Uşaq yaşlarında ailəmlə birlikdə Almaniyaya köçmüşəm və burada orta məktəbi bitirərək Abitur imtahanını vermişəm. Daha sonra texniki çertyojçu ixtisası üzrə peşə təhsili almışam və hazırda xüsusi təyinatlı maşınlar istehsal edən bir şirkətdə işləyirəm. Ali təhsilim yoxdur. Evliyəm amma övladım yoxdur.

Dil biliklərim

Azərbaycan dili ana dilimdir, lakin alman dilini daha yaxşı bilirəm. İngilis dili biliklərim də yaxşı səviyyədədir. Azərbaycan dilində danışa bilirəm, amma yazmaqda çətinlik çəkirəm. Buna görə də Azərbaycan dilində yazmağı öyrənməliyəm.

Vətənimlə münasibətim

Hər il bir neçə həftəliyinə vətənə gelirəm. Buna baxmayaraq, özümü Almaniya cəmiyyətinə daha yaxın hiss edirəm. Vətənimdə isə bəzi şeylər mənə bir qədər yad gəlir.

Arzum

Bütün bunlara baxmayaraq, vətənimdə bir il yaşamaq və işləmək istərdim. Oradakı bayramları yaşamaq, qohumlarımla görüşmək və sadəcə bu təcrübəni bir dəfə də olsa yaşamaq istəyirəm.

Sualım

Bir il ərzində işləmədən yaşamaq üçün kifayət qədər böyük maddi imkanlarım yoxdur. Orada iş tapmaq mənim üçün nə dərəcədə çətin olardı və nə qədər maaş gözləyə bilərəm?

Edit: yoldaşimda menimle gelir. Onunda Home Office işi var.


r/azerbaijan • • 1d ago

Xəbər | News The slight diplomatic rift between Türkiye and Azerbaycan concerning the hijab regulation in Azeri schooling has reached Polish public media.

Post image
35 Upvotes

r/azerbaijan • • 1d ago

Sual | Question Aqnostikəm, amma kilsələrdə hiss etdiyim rahatlığı indiyə qədər heç bir məsciddə hiss etməmişəm. Bunu yaşayan var?

Thumbnail
gallery
50 Upvotes

Deməli müsəlman mühitində böyümüşəm atam dindar idi məni namaz qılmağa falan məcbur edirdi , amma zamanla həm İslamı, həm də xristianlığı araşdırmağıma baxmayaraq, heç bir dinə inana bilmədim hamsı yalanmış kimi insanları idarə etmək güc qazanmaq üçün yaradılmış bir inanc olaraq görürdüm normalda özümü aqnostik hesab edirəm.

Dünən Vyanaya gəzməyə getmişdim. Şəhəri gəzərkən bir neçə kilsəyə də girdim və açığı, içəridə hiss etdiyim rahatlıq məni təəccübləndirdi. Atmosfer, sakitlik, musiqi… Bilmirəm, amma insanın içində qəribə bir dinclik yaradırdı. Bir müddət oturub sadəcə ətrafı izləmək istəyirdim.
Maraqlısı odur ki, Azərbaycanda da, Türkiyədə də dəfələrlə məscidlərə girmişəm, amma heç vaxt buna bənzər bir hiss yaşamamışam. Bunun səbəbini dəqiq bilmirəm. Bəlkə memarlıqla, atmosferlə bağlıdır, bəlkə də tamam başqa bir şeydir.
Son vaxtlar bəzən özümü boşluqda hiss edirəm. Yeni ölkədə yaşamaq, tanış mühitdən uzaq olmaq, özünü aid hiss edəcəyin bir yerin olmaması yəqin ki, insana təsir edir. Dünən kilsədə yaşadığım hissdən sonra isə düşündüm ki, bəlkə də insanın nəyəsə inanmağa ehtiyacı var. Bəlkə də xoşbəxt olmamağımın səbəblərindən biri budur. Amma digər tərəfdən, bəlkə də sadəcə gözəl bir məkanın yaratdığı hissi daha dərindən yozuram.
Maraqlıdır, aranızda buna bənzər təcrübə yaşayan olub? Heç bir dinə inanmadığınız halda dini məkanlarda özünüzü rahat hiss etmisiniz? İnanmayıb sonradan hansısa dinə yaxınlaşan olub?
Həqiqətən maraqlıdır, bu hissin arxasında nə dayanır: inanc ehtiyacı, tənhalıq, aidiyyət hissi, yoxsa sadəcə estetika?
Səmimi fikirlərinizi bölüşsəniz, sevinərəm. Mübahisə yaratmaq və ya hansısa dini üstün tutmaq məqsədim yoxdur, sadəcə bu hissi anlamağa çalışıram.


r/azerbaijan • • 16h ago

Sual | Question Gələcək həyatla bağlı sual

Thumbnail
2 Upvotes

r/azerbaijan • • 1d ago

Sual | Question Which religion do you follow, or do you have any religious beliefs at all?

12 Upvotes

I don't judge people based on their religion; I just found it interesting.And i want to see which religions or non-belief sysytem is most spread in Azerbaijan


r/azerbaijan • • 1d ago

Şəkil | Picture Kələxana, Şamaxı: 2022 vs 1678

Thumbnail
gallery
48 Upvotes

r/azerbaijan • • 1d ago

Sual | Question Travelling to Azerbaijan. 10 Day trip

2 Upvotes

Hello Everyone. Will be travelling to azerbaijan from hungary 1st to 11th november.
Looking for suggestions for safe spaces in baku to party especially with cool people preferably techno or house music. Not big fan of night clubs.
Also suggestions for must try foods. Cheers.


r/azerbaijan • • 2d ago

Sual | Question Why is Azerbaijan such an unpopular country in popular culture?

28 Upvotes

huh?


r/azerbaijan • • 1d ago

Sual | Question How did people propose to each other in the past before engagement rings?

5 Upvotes

My brain just thought of this I am now curious, what did people used to do before rings. I read something of a tea ceremony with family but what did couple do privately to confirm amongst each other. Unless the guy just didn’t confirm the woman wanted to wed him. Can’t ask my family since that will start questions lmao.


r/azerbaijan • • 1d ago

Sual | Question Driving on own from Baku -> Shahdag during Winters

1 Upvotes

Hello, I'll be visiting in the first week of December and was wondering if the roads are good to drive on my own from Baku to Shahdag during the Winter? Or would getting a tour guide be a better choice (recommendations for this are much appreciated!)?


r/azerbaijan • • 2d ago

Söhbət | Discussion If Hungary and Serbia can overthrow authoritarian Orban and Vucic, why can't Azerbaijan?

29 Upvotes

Yesterday, a student's movement in Serbia overthrew the country's pro-Russian authoritarian president Aleksandar Vucic on the elections. A similar thing happened some months ago in Hungary with Viktor Orban. Why can't this happen in Azerbaijan?


r/azerbaijan • • 2d ago

Söhbət | Discussion Should a democratic Azerbaijan seek EU membership/integration?

9 Upvotes

In the case we get rid of the Aliyev regime, does Azerbaijan's future lie in Europe?


r/azerbaijan • • 2d ago

Sual | Question Bakılılara doktor Orxan İsgəndərovla bağlı sual.

1 Upvotes

Bildiyim qədərilə, doktor Orxan İsgəndərov, Ege klinikasında çalışan savadlı və yaxşı psixiatrdır. Amma vacib bir sual ortaya çıxıb: o, rusca danışırmı və rusdilli pasiyentləri qəbul edirmi? Kimsə kömək edə bilsə, şad olardım.

Eng.As far as I know, Dc. Orxan İskenderov is a qualified and good psychiatrist who works at the Ege clinic. However, an important question has come up: does he speak Russian, and does he see Russian-speaking patients? I would appreciate it if someone could help with this.